FHN COP29-a hazırlıqla bağlı işlərin böyük hissəsini yerinə yetirdi

Cəmiyyət 28 Oktyabr 2024 | 17:50
OXUNUB: 2643

Noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a hazırlıqla bağlı Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrin icrasını davam etdirir.

 

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Sfera.az-ın sorğusuna cavab olaraq bildirilib.

 

Qeyd edilib ki, bu məqsədlə cari ilin yanvar ayında FHN-də tərkibinə Nazirliyin rəhbər vəzifəli şəxslərinin daxil olduğu Qərargah və onun tərkibində müvafiq sahələr üzrə peşəkar mütəxəssislərdən ibarət işçi qruplar yaradılıb, Tədbirlər Planı hazırlanaraq təsdiq edilib:

 

"Təsdiq olunmuş Tədbirlər Planı üzrə qarşıya qoyulmuş tapşırıqların yüksək səviyyədə icrası üçün Nazirliyin bütün qüvvələri ilk gündən səfərbər olunub. Bu çərçivədə, Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları tərəfindən əhalinin, o cümlədən qonaqların təhlükəsizliyinin etibarlı şəkildə təmin edilməsi üçün səlahiyyətləri çərçivəsində obyektlərdə yanğın, texniki, tikinti və radiasiya təhlükəsizliyi sahələri üzrə müayinə və monitorinqlər həyata keçirilir, maarifləndirmə, mümkün fövqəladə hallara çevik reaksiya verilməsi, habelə Bakı buxtasının ekoloji vəziyyətinin yaxşılaşdırılması və digər istiqamətlərdə zəruri tədbirlər görülür.

 

COP29-a hazırlıqla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə mütəmadi olaraq müşavirələr keçirilir, görülmüş işlərə dair Qərargah üzvlərinin hesabatları təqdim olunaraq geniş müzakirəsi aparılır, aidiyyəti təhlükəsizlik məsələlərinin həllinə dair zəruri tapşırıqlar verilir, icrası nəzarətə götürülür".

 

O da qeyd edilib ki, COP29-a hazırlıqla bağlı Fövqəladə Hallar Nazirliyi tərəfindən işlərin böyük hissəsi yerinə yetirilib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man