"Bunu Məhəmməd peyğəmbərdən öyrəniblər? - Elşad Miridən SƏRT REAKSİYA

Cəmiyyət 28 Oktyabr 2024 | 14:30
OXUNUB: 5687

Dini paylaşımlar edən Kamal Hüseyn adlı şəxs öz “YouTube” kanalında ilahiyyatçı Elşad Miri haqqında videolar hazırlayıb və onu “Quran inkarçısı”, “hədis inkarçısı”, “dinsiz”, “din düşməni” adlandırıb. 


İddialarla bağlı Sfera.az-a açıqlama verən dinşünas Elşad Miri bildirib ki, həmin şəxs böhtanlarına görə Allaha cavab verəcək.


E.Miri qeyd etdi ki, haqqında çəkilən videoları ona dostları göndərib:


“Mənə maraqlıdır, bu cür danışıq tərzini kimdən öyrəniblər? Nümunə götürdüklərini dedikləri Məhəmməd peyğəmbərdənmi, yoxsa müdafiə etdiklərini bildirdikləri həmin o hədislərdənmi, rəvayətlərdənmi? Görəsən, həyatını insanlara nümunə olaraq keçirən Məhəmməd peyğəmbər onu qəbul etməyənlərə bu cür ifadələr işlədirdi? Mən bu qardaşımızın məni “din düşməni” adlandıraraq tərəfdaşlarına hansı mesajı verdiyini çox yaxşı başa düşürəm. Bunların Səudiyyə Ərəbistanında oxuyub gələn Useyd Turabov kimi tanınan qardaşlarından biri haqqımda deyir ki, “Elşad kimisi Səudiyyə Ərəbistanında yaşasa idi, onu çoxdan həbsə atardılar, hətta edam edərdilər”.Vaxtımın belə böhtanlara getməsinə icazə verməyəcəyəm. Onlar haqqında danışmayacağam. Hər daş atanın arxasıyca qaçsaydıq, gərək həmin daşlardan qalalar tikərdik”. 


İlahiyyatçı iddiaların hamısını rədd edib:


“Mən Quran inkarçısı deyiləm, əksinə Quranı səhv tərcümə edərək insanları dindən uzaqlaşdıranların yanlışlarını aradan qaldırmağa çalışıram. Hədis inkarçısı isə heç deyiləm, çünki Allah Quranı ən gözəl hədis adlandırır. Sünnəni də inkar etmirəm, çünki Quranda Allah “sünnəülla” ifadəsi işlədir. Özünü “sələf” adlandıran, peyğəmbərə istinad edən bu qardaş iddia edir ki, Məhəmməd peyğəmbər səhabələrinə ağzından çıxan hər şeyin qeydə alınmasını deyib. Sonra iddia edir ki, səhabələr də guya, bütün rəvayətləri kağız üzərinə yazıblar. Peyğəmbər bunu necə əmr edə bilərdi? Hanı həmin kağızlar, papiruslar, dərilər? Niyə insanları aldadır, peyğəmbərimizə böhtan atırsınız? Halbuki, sizin dediyiniz rəvayətlərə baxanda təmamilə əksini görürük. Peyğəmbər əksinə sözlərinin yazılmamasını əmr edib. Deyir ki, “Qurandan başqa heç bir şey yazmayın. Kim məndən, Qurandan başqa şey yazıbsa, onu ləğv etsin””. 


İlahiyyatçı sonda vurğuladı ki, peyğəmbərin mirası Qurandır. Sorğu-sual oluancağımız bu kitaba əsaslanmalı, onu yeganə din mənbəyi kimi qəbul etməliyik. 

 

Firuzə Əliyeva

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man