Doğuş zamanı ölən 24 yaşlı Zəhranın fotosu

Cəmiyyət 27 Oktyabr 2024 | 23:59
OXUNUB: 711

 

Xəbər verdiyimiz kimi, bu gün səhər Sabirabad Rayon Mərkəzi Xəstəxanasının doğum evində ana ölümü baş verib.

 

Sfera.az  metbuat.az-a istinadən xəbər verir ki, 2000-ci il təvəllüdlü Zəhra Zamanova ötən gün doğum evinə gətirilib. Həkimlər müayinə etdikdən sonra xəstənin vəziyyətinin normal olduğunu bildirib və onu palataya yerləşdiriblər. Yaxınlarına isə evə qayıtmalarını məsləhət görüblər.

 

Lakin gecə saatlarında xəstədə doğum sancıları başladığından, o, reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, körpəsini dünyaya gətirən ananın həyatını xilas etmək mümkün olmayıb. Mərhumun yaxınları isə həkimləri səhlənkarlıqda günahlandırırlar.

 

Qeyd edək ki, Zəhra Zamanova iki uşaq anası idi. Yeni doğulan körpəsindən əlavə onun yolunu bir oğlu və qızı gözləyirdi.

 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man