COP29-la bağlı Bakıda nəqliyyat monitorinqləri davam etdirilir

Cəmiyyət 26 Oktyabr 2024 | 19:10
OXUNUB: 10091

COP29 konfransına hazırlıq prosesi çərçivəsində paytaxtda nəqliyyatın idarə edilməsi üzrə monitorinqlər davam etdirilir.

 

Sfera.az xəbər verir ki, oktyabrın 26-dan 27-nə keçən gecə saat 02:30-dan 05:30-dək davam edəcək yol nəqliyyatının monitorinq tədbirləri bütövlükdə tədbirin nəqliyyat planı və marşrutuna uyğun icra olunacaq.

 

Monitorinq tədbirləri zamanı Heydər Əliyev, İstiqlaliyyət, Nərimanov, Xətai, Tbilisi, Azadlıq və Neftçilər prospektləri, eləcə də Lermontov, Teymur Elçin, Niyazi, Nizami, Yusif Səfərov, Mikayıl Hüseynov, Rəşid Beyhbudov, Xəqani Rüstəmov, Puşkin, Abdulla Şaiq, Nizami, İzmir, Bakıxanov küçələri, həmçinin Mərdəkan, Zığ və Aeroport şosselərində nəqliyyatın hərəkətinə məhdudiyyətlər tətbiq ediləcək.

 

Qeyd edilən saatlarda sürücülərdən alternativ marşrutlardan istifadə etmələri xahiş olunur.

 

Bundan əvvəl oktyabrın 26-da saat 15:30-dan 16:30-dək COP29 Azərbaycan Əməliyyat Şirkəti, Daxili İşlər Nazirliyi və Azərbaycan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, TƏBİB-in tabeliyində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi tərəfindən birgə aparılacaq monitorinqlər zamanı təcili tibbi yardım maşınlarının cəlb edilməsi ilə müvafiq testlər aparılıb.

 

Monitorinq tədbiri yol hərəkətininə məhdudiyyətlər tətbiq edilmədən paytaxtın mərkəzi küçə və prospektlərində reallaşdırılıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man