Qusarda Polis Akademiyasına qəbulla bağlı görüşlər keçirildi - FOTO

Cəmiyyət 25 Oktyabr 2024 | 16:43
OXUNUB: 4282

DİN-in Polis Akademiyasında təhsilə təşviqlə bağlı görüşlər Qusar rayonunda da davam etdirilir. Bu həftə ərzində rayonunun müxtəlif kəndlərində, həmçinin bu gün Qusar RPŞ-nin inzibati binasında yuxarı sinif şagirdləri və onların valideynləri ilə  növbəti görüş baş tutub. 

 


Sfera.az xəbər verir ki, görüşdə çıxış edən RPŞ-nin əməkdaşkarı və Polis Akademiyasının nümayəndəsi məktəblilərə sağlam həyat tərzinin təbliği, eləcə də onlarda vətənpərvərlik hissinin daha da yüksəldilməsi, xalqımızın tarixi keçmişi, ölkəmizdə yaradılan sabitlik, asayiş barədə danışıblar.

 

Ölkəmizin daxili işlər orqanlarının və Polis Akademiyasının tarixi, vətənə xidmətin şərəfli olması barədə yeniyetmə və gənclərimizlə söhbətlər aparıb.

 

Ali təhsil almaq arzusunda olan abituriyentlərə Polis Akademiyası barədə ətraflı məlumat verilib, qocaman təhsil müəssisəsinin ölkəmizdə savadlı kadrların yetişməsində, daxili işlər orqanlarının hüquqşünaslarla təmin olunmasında mühüm rol oynadığını diqqətə çatdırılıb.

 

Sonda şagirdlərin sualları cavablandırılıb və iştirakçılara Polis Akademiyasının fəaliyyətini özündə əks etdirən qısametrajlı tanıtım videoçarxı göstərilib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man