Keçmiş məhkum eyni əmələ görə yenə HƏBSDƏ YATACAQ

Cəmiyyət 25 Oktyabr 2024 | 13:16
OXUNUB: 8827

Bakıda evdən 9950 manatlıq pul və qızıl-zinət əşyaları oğurlanıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, Nəsimi rayonu ərazisində yerləşən mənzillərin birindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub. Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla evdən 9 min manat pul və 950 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığı məlum olub.

 

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 55 yaşlı R.Xəlilov müəyyən olunaraq saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man