Burun və qulaq əməliyyatı etdirənlərin NƏZƏRİNƏ! - Şəxsiyyət vəsiqənizi dəyişməsəniz...

Cəmiyyət 25 Oktyabr 2024 | 13:05
OXUNUB: 8417

Son illərdə plastik əməliyyat etdirənlərin sayı artıb. Bunlara qulaq və burun əməliyyatları da daxildir. İddialara görə, qulaq və burun əməliyyatları insanın üz quruluşunda dəyişikliklərə səbəb olduğu üçün şəxsiyyət vəsiqələri dəyişilməlidir. 


Qanunda belə bir məcburiyyət varmı? Əgər həmin şəxslər şəxsiyyət vəsiqələrini dəyişməsələr, hansısa problemlə qarşılaşa bilərlərmi?


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən vəkil Emin Kiçikbəyov bildirib ki, qanun da belə bir tələb yoxdur:


“Ümumiyyətlə, şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən həyata keçirilir. İstənilən vətəndaş ASAN xidmətdə bu proseslə bağlı maraqlana bilər. Plastik əməliyyatlardan sonra şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi ilə bağlı qanunda tələb yoxdur. Təbii ki, gələcəkdə belə dəyişikliklər baş verə bilər. Düşünürəm ki, ciddi məsələdir. Bu barədə qanunda dəyişiklik edilməlidir”. 


Vəkilin sözlərinə görə, sözügedən şəxslərin şəxsiyyət vəsiqələrini könüllü dəyişməsi öz xeyirlərinə olar:


“Əgər vətəndaşın şəxsiyyət vəsiqəsindəki foto ilə real həyatdakı görünüşü uyğun gəlmirsə, həmin şəxslərə problem yarana bilər. Məsələn, sərhəd xidmətində yoxlanışdan keçərkən araşdırılmaya və gecikmələrə səbəb ola bilər. Bu baxımdan həmin şəxslər könüllü vəsiqələrini dəyişsələr, daha yaxşı olar”.

 

Firuzə Əliyeva

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man