"COP29 çərçivəsində nazirlik bir neçə istiqamətdə görüşlər keçirəcək" - Nazir

Cəmiyyət 24 Oktyabr 2024 | 11:58
OXUNUB: 1894

Elm və Təhsil Nazirliyi COP29 tədbirləri çərçivəsində bir neçə istiqamətdə görüşlər keçirəcək.

 

Sfera.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalının açılış mərasimində çıxışı zamanı deyib.

 

Nazirin sözlərinə görə, bunlardan birincisi bu gün keçirilən Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalıdır:

 

"Növbəti istiqamət qlobal əhəmiyyətə malik, COP29-un vacib miraslarından biri olacaq PISA (Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı) tədqiqatlarında ilk dəfə olaraq ətraf mühit sağlamlığının ölçülməsi çərçivəsi Azərbaycan tərəfindən təklif olunub və aidiyyəti üzrə bu, bəyənilib".

 

"Noyabrın 18-də COP29 çərçivəsində Azərbaycanda keçiriləcək elm və təhsil nazirlərinin görüşündə növbəti PISA-larda oxu, riyaziyyat və təbiət elmləri ilə yanaşı, həmçinin ətraf mühit savadlılığının ölçülməsi bəşəriyyət üçün əlavə dəyər yaradacağına inanıram. Bütövlükdə insan davranışının dəyişilməsinə yönəlik təşəbbüslərdə iştirak etməkdən də olduqca məmnunuq", - Emin Əmrullayev qeyd edib.

 

O vurğulayıb ki, ali təhsil müəssisələrinin də dayanıqlı inkişaf strategiyalarının tətbiqi sahəsində də beynəlxalq reytinq şirkətləri ilə COP29 çərçivəsində böyük əhəmiyyətli görüşlər də baş tutacaq.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man