Müdafiə Nazirliyi işə qəbulla bağlı məlumat yaydı

Cəmiyyət 23 Oktyabr 2024 | 19:30
OXUNUB: 5147

Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə sürücü vəzifələrində xidmət etmək (işləmək) üçün C, D və E kateqoriyalı sürücülər tələb olunur.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Sfera.az-a bildirilib ki, 50 yaşınadək olan mülki şəxslər, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları (uyğunsuzluqla ehtiyata buraxılanlar istisna omaqla), həmçinin ehtiyatda olan hərbi vəzifəlilər Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə müraciət edə bilərlər.

 

Tələb olunan sənədlər:

 

- C, D və ya E kateqoriyalı sürücülük vəsiqəsi;

- şəxsiyyət vəsiqəsinin surəti;

- hərbi biletin surəti;

- tərcümeyi-hal;

- rəngli fotoşəkil (2 ədəd 3x4 və 2 ədəd 4.5x6 sm ölçüdə);

- qeydiyyatda olduğu poliklinikadan (dəri-zöhrəvi, vərəm, ruhi-əsəb, narkoloji xəstəliklərin olmaması barədə) arayış.

 

Sənəd qəbulunun həyata keçiriləcəyi ünvan: Biləcəri qəsəbəsi, X.Natəvani küçəsi 1. (Müdafiə Nazirliyinin Maddi Texniki Təminat Baş İdarəsi)

Müraciət etmə vaxtı: həftəiçi (bazar və bayram günlərindən başqa) saat 09:00-dan 18:00-dək, şənbə günləri saat 09:00-dan 13:00-dəkdir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man