Mariya Zaxarovadan Qərbə xəbərdarlıq

Cəmiyyət 23 Oktyabr 2024 | 18:11
OXUNUB: 5169

"Xarici qoşunların Ukrayna ərazisinə göndərilməsi nüvə gücləri arasında birbaşa toqquşmaya gətirib çıxaracaq və fəlakətli nəticələrə səbəb olacaq".

 

Sfera.az Rusiya mətbuatına istinadən bildirir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

 

"Fransa müdafiə naziri Sebastyan Lekornyu Ukraynaya xarici qoşunların göndərilməsi ideyası ilə oynamağa çalışan yeganə Qərb nümayəndəsi deyil. Bu təşəbbüsün həyata keçirilməsinin nəyə gətirib çıxaracağını bilirsiniz, bəlkə də, unutmuş olanlar üçün təkrar edə bilərəm. Bu, fəlakətli nəticələrə, nüvə dövlətlərinin birbaşa toqquşmasına gətirib çıxaracaq. Əgər Fransa Baş Qərargahında belə bir qaranlıq perspektiv nəzərə alınarsa, o zaman biz Beşinci Respublika xalqına başsağlığı veririk", - deyə rusiyalı diplomat qeyd edib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man