Aktyorla xanımının qətlinin təfərrüatı AÇIQLANDI

Cəmiyyət 23 Oktyabr 2024 | 17:16
OXUNUB: 4377

Ötən gecə paytaxtın Nəsimi rayonu ərazisində ər-arvadın qətlə yetirildiyi hadisənin bəzi təfərrüatı üzə çıxıb.

 

Sfera.az Qafqazinfo-ya istinadən xəbər verir ki, qətlin tamah məqsədilə törədilməsi məlum olub.

 

Belə ki, 1973-cü il təvəllüdlü İslam Hadıyev saat 21 radələrində metronun “Memar Əcəmi” stansiyasının qarşısında - Hüseynbala Əliyev küçəsi 4 ünvanında 85 yaşlı İosif Tkaçın yaşadığı evə aldatma yolu ilə daxil olub. O, İosif Tkaçı boyun nahiyəsinə kəsici alətlə xəsarət yetirərək, həyat yoldaşı Lyudmila Tkaçı isə alın nahiyəsinə küt alətlə vuraraq öldürüb.

 

Mənzildə axtarış aparan İ.Hadıyev pul və bahalı əşya aşkar edə bilməyərək oradan uzaqlaşıb. Polisin keçirdiyi tədbirlərlə İ.Hadıyev saxlanılıb.

 

Qeyd edək ki, qətlə yetirilən İosif Tkaç uzun müddət Rus Dram Teatrında aktyor kimi fəaliyyət göstərib. Onun xanımı Lyudmila Tkaç isə uzun illər pedoqoji fəaliyyətlə məşğul olub və Prezidentin Sərəncamı ilə 2015-ci ildə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man