Müğənni avtobus zolağına görə CƏRİMƏLƏNDİ: "Niyə 100 manat ziyana düşməliyəm?" - VİDEO

Cəmiyyət 23 Oktyabr 2024 | 11:23
OXUNUB: 3072

Müğənni Elvin Abdullayev cərimələrlə bağlı şikayət edib.

 

Sfera.az bildirir ki, o, bu barədə sosial şəbəkə hesabında fikirlərini bölüşüb. Belə ki, avtomobili ilə avtobus zolağına daxil olaraq yanındakı şəxsi düşürən ifaçıya 100 manat cərimə yazılıb.

 

“2-3 üç gün bundan öncə Laçın univermağı ilə üzbəüzdə bir yaxınımı maşınımdan düşürməli oldum. Narahatlığı var idi, ürəyi bulanırdı, həm də metroya düşməli idi. Mən bu adamı düşürdüm, haradasa 2-3 saniyə çəkdi. Bu müddət ərzində mənə 100 manat cərimə gəlib. Maraqlıdır ki, mən bu adamı harada düşürməli idim? Bu adam deyir ki, mən düşüb metro ilə gedəcəm. O, metroya haradan düşməli idi? Harada saxlamalı idim? Yolun ortasında? Bütün dünyada dəhşətli dərəcədə yağışlar yağır, bizdə heç olmasa, aram-aram yağır. Dünəni çıxmaq şərtilə.Amma bunlara baxmayaraq, iki can verdik. Allah rəhmət eləsin. Bu, onun nəticəsidir ki, büdcəyə nə qədər pul daxil olur-olsun, yolların keyfiyyəti, cərimələr heç də ürəkaçan deyil”.

 

E.Abdullayev qeyd etdi ki, hazırda maşın yolları ilə yanaşı, insanların da psixologiyası bərbad durumdadır:

 

“Birinin başı ağrıyır, 2-3 dəqiqəlik aptekə dərman almaq üçün düşür, həmin müddət ərzində bu adamın cibinə 100 manatlıq ziyan dəyir. 100 manatı başa düşdüm, bəs yollarda niyə nəticə yoxdur? Avtobus, velosiped yolları çəkildi, amma nəticədə maşın yolları çox bərbad hala gəldi, insanlar əsəb, streslə işə gedirlər, psixologiya bərbad durumdadır, işdən eyni vəziyyətdə qayıdırlar. Biri uşağını bağçaya aparır, biri universitetə gedir.. Nə olacaq bunun axırı? Niyə mən 2-3 saniyəlik yanımdakı adamı düşürməyə görə 100 manatlıq ziyana girirəm? Çox maraqlıdır”.

 

Türkan 

 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man