Hava limanında vidalaşmaq üçün vaxt məhdudiyyəti tətbiq edildi

Cəmiyyət 22 Oktyabr 2024 | 17:47
OXUNUB: 13576

Yeni Zelandiyanın Dunedin hava limanında vidalaşmaq üçün vaxt məhdudiyyəti tətbiq edilib.

 

Sfera.az xəbər verir ki, yeni qaydaya görə, insanlar bir-biriləri ilə 3 dəqiqə ərzində vidalaşmalıdır. Bu barədə hava limanında lövhə asılıb. Hava limanında quraşdırılmış lövhədə "Maksimum qucaqlaşma müddəti 3 dəqiqədir. Daha sevgi dolu vidalar üçün, lütfən, avtomobil parkından istifadə edin" - deyə yazılıb. Məlumata görə, Dunedin beynəlxalq hava limanı, təhlükəsizliyin yaxşılaşdırılması və eniş zonasında axını təmin etmək üçün sağollaşmaq üçün üç dəqiqəlik məhdudiyyət qoyub. Hava limanından bildirilib ki, qaydanı pozanlar cərimələnə bilər. Məlumatda deyilir ki, bəzən sərnişinlər səfərə çıxarkən son dəqiqələrdə eşq macəraları yaşamağa başlayır. Bu da sıxlıq yaradır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man