Həkimi Fətullah Gülənin ölüm səbəbini AÇIQLADI

Cəmiyyət 22 Oktyabr 2024 | 13:46
OXUNUB: 4431

Türkiyədə terror təşkilatı kimi tanınan FETÖ-nun başçısı Fətullah Gülən təbii səbəblərdən ölüb.

 

Sfera.az xəbər verir ki, bu barədə onun həkimi, ABŞ-də Müqəddəs Luka Universitetinin Tibb Mərkəzinin həkimi Doktor Duqlas Deqler özünün sosial şəbəkə hesabından xəbər verib.

 

O, FETÖ rəhbərinin mərkəzin Monro Kampusunda vəfat etdiyini əlavə edib.

 

"F.Gülən burada stasionar xəstə olaraq multidissiplinar bir komanda tərəfindən müalicə olunurdu", - deyə həkim bildirib.

 

Qeyd edək ki, FETÖ-nün mətbuat orqanları onun 4 gün xəstəxanada yatdığını vurğulayıblar.

 

Xatırladaq ki, oktyabrın 20-də Türkiyədə terror təşkilatı kimi tanınan FETÖ-nün lideri Fətullah Gülən vəfat edib. Pensilvaniyada yaşayan 83 yaşlı təşkilat lideri aparıldığı xəstəxanada ölüb.

 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man