Bu tibbi xidmətlər də sığorta hesabına qarşılanacaq -YENİLİK/VİDEO

Cəmiyyət 21 Oktyabr 2024 | 22:32
OXUNUB: 1922

İcbari tibbi sığorta çərçivəsində göstərilən bir sıra xidmətlərin çeşidi artırılacaq.

 

Sfera.az-ın məlumatına görə, tibbi xidmətləri daha əlçatan və effektiv etmək üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi xidmətlər zərfini təkmilləşdirir. Buna görə də xidmətlər zərfinin müxtəlif blokları ixtisaslı həkimlər tərəfindən müzakirəyə çıxarılıb.

 

Təklif edilən dəyişikliklərdə ürək çatışmazlığı, qəfil ürək dayanması, beyin infarktı, böyrək çatışmazlığı, portal hipertenziya ilə bağlı zərfdə mövcud olan bir sıra tibbi xidmətlərin çeşidinin artırılması  nəzərdə tutulur.

 

Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova bildirib ki, onkoloji xəstəliklərlə bağlı tibbi xidmətlərin də sığorta zərfinə əlavə edilməsi istiqamətində danışıqlar aparılır.

 

Yeni xidmətlər zərfində neyrocərrahiyyə, travmatologiya, oftalmologiya və digər xidmətlərə dair çeşidlərin artırılması da nəzərdə tutulub.

 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man