Bu universitetə yeni təyinat - FOTO

Cəmiyyət 21 Oktyabr 2024 | 17:19
OXUNUB: 7680

UNEC-in "Mühəndislik və tətbiqi elmlər" kafedrasının müdiri professor Rövnəq Rzayev UNEC-in Elm və innovasiya məsələləri üzrə prorektoru təyin olunub.

 

Bu barədə Sfera.az-a Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İctimaiyyətlə Əlaqələr Şöbəsindən məlumat verilib.

 

Bildirilib ki, Rövnəq Rzayev 1970-ci il fevral ayının 12-də Ordubad rayonunun Biləv kəndində anadan olub.

 

1986-cı ildə orta məktəbi, 1992-ci ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib.

 

1988-1989-cu illərdə həqiqi hərbi xidmətdə olub.

 

1992-1995-ci illərdə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsində əyani aspirant olub.


1996-cı ildən Azərbaycan Dövlət İqtisad Universitetində çalışır.

 

1998-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini, 2014- cü ildə doktorluq dissertasiya işini müdafiə edərək, fizika üzrə elmlər doktoru alimlik dərəcəsi alıb.

 

2011-ci ildən 2020-ci ilə kimi UNEC-in “Fizika və kimya” kafedrasına rəhbərlik edib.

 

2020-ci ildən UNEC-in “Mühəndislik və tətbiqi elmlər” kafedrasının müdiridir.

 

160-dan artıq elmi əsərin, o cümlədən 25-i impakt faktorlu jurnallarda olmaqla, 65 məqalənin, 20-yə qədər beynəlxalq və 45-dən yuxarı respublika səviyyəli konfrans materiallarının, 2 dərs vəsaitinin, 8 proqram və metodiki vəsaitin müəllifidir.

 

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Fəxri fərmanı ilə təltif edilib.

 

Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2020-ci il Sərəncamına əsasən, Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.

 

“Tədqiqatçı” adlarının təsis edilməsi haqqında UNEC-in 19.03.2019-cu il tarixli əmrinə əsasən, 2024-cü ilin iyulunda prof. R.Rzayevə “Tədqiqatçı-professor” statusu verilib.

 

Rövnəq Rzayev 21.10.2024-cü il tarixindən Elm və innovasiya məsələləri üzrə prorektoru vəzifəsinə təyin olunub.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man