Bakıda vətəndaşlar içəridə ola-ola evi sökdülər - ANBAAN VİDEO

Cəmiyyət 21 Oktyabr 2024 | 12:59
OXUNUB: 3891

Bakının Yasamal rayonu, Alatava 1 qəsəbəsində sakinlər evdə ola-ola söküntü işləri aparılıb.

 

Sfera.az xəbər verir ki, bu məlumatlar sosial şəbəkələrdə yayılıb.

 

Bildirilib ki, ərazidə tikinti şirkətlərindən biri tərəfindən aparılan söküntü barədə sakinlərə əvvəlcədən heç bir məlumat verilməyib. Hadisə zamanı xəsarət alanların olduğu da iddia edilib.

 

Məsələ ilə əlaqədar BAKU.WS Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanlayıb.

 

DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı cavab olaraq bildirdi ki, məsələ ilə bağlı ərazi polis orqanına müraciətlər daxil olub. Araşdırma aparılır.

 

Baş verənlərlə bağlı söküntünü həyata keçirən tikinti şirkətinə sorğu ünvanlasaq da, hələlik heç bir cavab ala bilmədik. Məlumat veriləcəyi təqdirdə xəbər yenilənəcək.

 

Sözügedən görüntüləri təqdim edirik:

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man