Şuşada ilk körpə doğuldu - FOTOLAR

Cəmiyyət 20 Oktyabr 2024 | 12:00
OXUNUB: 2104

İşğaldan azad edildikdən sonra Şuşa şəhərində qurulan Modul Tipli Xəstəxanada ilk körpə dünyaya gəlib.

 

Bu barədə Gundem.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

 

Bildirilib ki, Şuşa sakini, 1990-ci il təvəllüdlü Təranə Xamıyevanın dünyaya gətirdiyi ilk körpəsi qız övladıdır.

 

Doğulan körpənin çəkisi 3,200 qr., boyu 54 sm. olub.

Doğuş həkim-mama-ginekoloq Təranə Həsənova tərəfindən uğurla icra olunub.

 

Hazırda anaya və körpəyə zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir, vəziyyətləri qənaətbəxşdir.

 

Qeyd edək ki, tibb müəssisəsinin həkimləri tərəfindən T. Xamıyevanın hamiləlik müddətində zəruri müayinələri aparılıb və onun vəziyyəti daimi diqqətdə saxlanılıb.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man