Gəncədə partlayış baş verən binanın sakinləri köçürülür - VİDEO

Cəmiyyət 19 Oktyabr 2024 | 21:30
OXUNUB: 1798

Gəncədə ötən gün partlayış baş verən binadan sakinlərin köçürülməsinə başlanılıb. Onlar yeni mənzillə təmin edilənə qədər kirayədə qalacaqlar.

 

Sfera.az-ın məlumatına görə, Gəncədə beşmərtəbəli binada baş vermiş qaz partlayışı nəticəsində mənzilləri qəzalı vəziyyətə düşən sakinlərin çoxunun əşyası da istifadə üçün yararsızdır.

 

Gəncə Şəhər İcra Hakimiyyətindən bildirilib ki, sakinlərin məişətlə bağlı problemləri və yaralıların müalicəsi diqqət mərkəzində saxlanılır. Hazırda onların kirayə evlərə yerləşdirilməsi işləri davam etdirilir.

 

Binanın dayanıqlığı yoxlanıldıqdan sonra sökülməsi, yoxsa təmir olunması ilə bağlı müvafiq qərar veriləcək.

 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man