Qadınlar və kişilər ağrıları müxtəlif yollarla aradan qaldırır - TƏDQİQAT

Cəmiyyət 19 Oktyabr 2024 | 17:49
OXUNUB: 5778

ABŞ-dan olan tədqiqatçılar kişi və qadınların ağrıları müxtəlif yollarla aradan qaldırdıqlarını aşkarlayıblar.

 

Sfera.az xəbər verir ki, "Science Daily" jurnalının məlumatına görə, ABŞ alimləri həm sağlam, həm də xroniki bel ağrısı diaqnozu qoyulmuş 98 iştirakçının iştirak etdiyi iki ayrı klinik tədqiqatın məlumatlarını araşdırıblar.

 

Tədqiqat çərçivəsində iştirakçılara ağrıkəsici dərman - "nalokson" verilərək meditasiya edilib. Alimlər meditasiya zamanı onların ayaqlarına ağrılı, lakin zərərsiz istilik stimulu tətbiq edildikdə ağrıya reaksiyalarını araşdırıblar. Müayinə nəticəsində tədqiqatçılar müəyyənləşdiriblər ki, "nalokson" dərmanı kişilərdə meditasiya zamanı ağrıları aradan qaldırmağın qarşısını alır, qadınlarda isə meditasiyanın ağrının azaldıcı təsirini yüksəldir. Onlar, həmçinin müşahidə ediblər ki, bu şərtlər altında meditasiya, cinsindən asılı olmayaraq, sağlam iştirakçılara nisbətən xroniki ağrıları olan insanların ağrılarını azaltmaqda daha təsirli olub.

 

Tədqiqatın müəlliflərindən Fadel Zeidan bildirib ki, araşdırma, ağrıların aradan qaldırılmasında qadın və kişiyə əsaslanan fərqlərin daha ciddi qəbul edilməsi lazım olduğuna dair ilk açıq dəlilləri ortaya qoyub.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man