Azərbaycana xaricdən uçuşların sayı ARTDI

Cəmiyyət 19 Oktyabr 2024 | 16:36
OXUNUB: 4634

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 40 ölkədən 20 345 aviareys təşkil olunub.

 

Sfera.az Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 ölkə (17,6 %) və 3 532 aviareys (21 %) çoxdur.

 

Hesabat dövründə Azərbaycana ən çox Rusiyadan uçuş həyata keçirilib - 958 reys. Bu da 1 il əvvələ nisbətən 14,9 % çoxdur.

 

9 ayda Rusiyadan sonra ən çox Azərbaycana Türkiyədən aviareys təşkil olunub. Bu ölkədən 4 482 uçuş olub ki, bu da illik müqayisədə 3,9 % çoxdur. İlk üçlüyə Birləşmiş Ərəb Əmirlikləri 362 reyslə (+35,4 %) daxil olub.

 

TOP-10-luğa həmçinin Gürcüstan 528 (+ 30,4 %), Qazaxıstan 659 ( + 8,3 %), Səudiyyə Ərəbistanı 655 (- 9,6 %) , Hindistan 493 ( +4,6 dəfə), Qətər 444 (61,4 % çox), İsrail 331 (+ 21,2 %), və Küveyt 330 (+ 20,8 % ) daxildir.

 

İndiyə qədər ilk 10-luqda olan Özbəkistan ( 325 aviareys, - 30 %11-ci yerə düşüb, onun yerinə siyahıya Hindistan daxil olub.

 

Təkcə sentyabrda isə Azərbaycana həyata keçirilən aviareyslərin sayı 1 il əvvələ nisbətən 14,9 % artaraq 399 vahid təşkil edib. O cümlədən, ötən ay Rusiyadan 732 uçuş olub ki, bu da illik müqayisədə 14,3 % çoxdur.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man