Azərbaycanda taksidən istifadə edənlərin sayı azalır – SƏBƏB

Cəmiyyət 19 Oktyabr 2024 | 13:14
OXUNUB: 2702

Son aylarda Azərbaycanda taksi qiymətlərinin yüksəlməsi və digər səbəblərlə əlaqədar nəqliyyatın bu növündən istifadə edənlərin sayında nəzərəçarpacaq azalma qeydə alınıb.


Sfera.az statistik məlumatlara istinadən xəbər verir ki, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində taksi xidmətindən 61,4 milyona yaxın sərnişin istifadə edib. Ötən ilin eyni dövrü ilə müqayisədə taksidən istifadə edən sərnişinlərin sayında 3,1 faiz azalma baş verib. Bir il əvvəl 63,34 milyon sərnişin taksidən istifadə etmişdi. 
Statistik məlumatların təhlili göstərir ki, iyuldan başlayaraq taksidən istifadə edənlərin sayı daha çox azalır. Belə ki, taksidən istifadə edən sərnişinlərin sayı ötən ilin sentyabrında 9,54 milyon sərnişin, avqustda 8,3 milyon sərnişin, iyulda 8,2 milyon sərnişin olduğu halda bu ilin sentyabrında 7,15 milyon sərnişin, avqustda 7,05 milyon sərnişin, iyulda 7,12 milyon sərnişin olub. 


Aylıq istifadəçi sayına diqqət yetirdə məlum olur ki, taksi xidmətindən yararlananların sayında azalma 2 milyon nəfəri ötüb. Konkret olaraq sentyabrda taksidən istifadə edənlərin sayı 2,4 milyon nəfər, yəni 25 faiz azalıb. 


Taksidən istifadə edənlərin sayının azalmasının əsas səbəbi qiymət amili ilə bağlıdır. Son bir ildə qiymətlərdə ciddi artım var. Bir il əvvəl taksi ilə bir gedişin qiyməti orta hesabla 5,55 manat olduğu halda hazırda 6,6 manat təşkil edir.


Bununla yanaşı, Bakıda avtobuslar üçün ayrıca hərəkət zolağının çəkilməsi və paytaxt yollarında tıxacların artması da taksidən istifadə sayına təsir göstərib. Əvvəllər daha tez-tez taksidən istifadə edən sərnişinlərin bəziləri indi avtobus və metrodan istifadə edir. Bunu son bir ildə avtobus və metro ilə daşınan sərnişin sayındakı kəskin artım da təsdiqləyir. Son bir ildə avtobusdan istifadə edən sərnişinlərin sayı 10 faiz, yəni 112 milyon nəfər artıb. Bu artımın əsas payı məhz ictimai nəqliyyatın üzərinə düşüb. Eynilə metrodan istifadə edənlərin də sayı xeyli artıb. Bu il metrodan istifadə edənlərin sayı 11,5 milyon nəfər və ya 7,3 faiz artıb. 


Vasif

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man