Elnarənin atasının qətli ilə bağlı növbəti məhkəmə keçirildi

Cəmiyyət 17 Oktyabr 2024 | 23:53
OXUNUB: 1517

Məşhur modelyer Elnarə Bəkirovanın atası, biznesmen Kamran Bəkirovu öldürməkdə təqsirli bilinən Mustafa Zeynalov və Namiq Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

Sfera.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədirliyi ilə keçirilən prosesdə təqsirləndirilən Namiq Əliyev ifadə verib. O bildirib ki, cinayət baş verən zaman öz maşınında gözləyirmiş: “Mən, Mustafa Zeynalov və Kamran Bəkirovla maşınla Ləhic bağlarında yerləşən "Şəhid bulağı" adlanan yerə gedərkən onlar arasında mübahisə yarandı. Maşını kənara çəkib düşdülər. Onlar getdikdən sonra qışqırıq səsləri eşitdim. Hadisə yerinə gələrkən Mustafa Zeynalovun Kamran Bəkirovu qətlə yetirdiyini gördüm. Onun içəri aparılmasında Mustafa Zeynalova yardım etdim. Daha sonrasından məlumatım olmadı".

 

Təqsirləndirilən şəxs əlavə edib ki, 14-cü polis bölməsinə dəvət olunduqdan sonra əməlini etiraf edib: "Bir müddət sonra Mustafa polis tərəfindən saxlanıldı. Mən də bölməyə çağırıldıqdan sonra əməlimi etiraf etdim. Hadisə baş verən ərazini polis əməkdaşlarına göstədrim. Onlar axtarış edərək Kamran Bəkirovun meyitinin quyuda olduğunu müəyyən etdilər".

 

İclas noyabrın 7-dək təxirə salınıb.

 

Qeyd edək ki, 1954-cü il təvəllüdlü Kamran Bəkirovun öldürülməsi faktı ötən il aprelin 6-da Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağları yaşayış massivində baş verib.

 

İstintaqla Mustafa Zeynalov və qohumu Namiq Əliyevin cinayət əlaqəsinə girərək üzərində olan külli miqdarda pul vəsaitini ələ keçirmək məqsədilə Kamran Bəkirovu xüsusi amansızlıqla qəsdən öldürmələri, daha sonra cinayətin izlərini gizlətmək məqsədilə meyiti su quyusuna atmaları və həmin pulu ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

 

Toplanmış sübutlar əsasında Mustafa Zeynalov və Namiq Əliyevə Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.6, 120.2.11 (bir qrup şəxs tərəfindən başqa cinayəti gizlətmək və quldurluqla əlaqədar xüsusi amansızlıqla adam öldürmə), 181.3.2 və 181.3.3-cü (külli miqdarda əmlak əldə etmək və zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) maddələrilə ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Qətlə yetirilən 69 yaşlı Kamran Bəkirov biznesmen olub. O, rəssam-modelyer Elnarə Bəkirovanın atasıdır.

 

Mustafa Zeynalov uzun illər polis orqanlarında işləyib. O, 20 il əvvəl rüşvət almaqda təqsirli bilinərək həbs olunub, 5 il azadlıqdan məhrum edilib. Namiq Əliyev isə bankda çalışıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man