Yol bağlı olacaq, bəs, hava limanına necə gedək?

Cəmiyyət 17 Oktyabr 2024 | 18:33
OXUNUB: 3966

Xəbər verdiyimiz kimi, oktyabrın 19-dan 20-nə keçən gecə, saat 02:30-dan 05:30-dək Bakı şəhərinin bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinin müvəqqəti dəyişdirilməsi ilə əlaqədar olaraq, Hava Limanı şosesi, Heydər Əliyev prospekti və digər əsas yollar üzrə avtomobil hərəkətinə məhdudiyyətlər tətbiq ediləcək.

 

Sfera.az məlumatına görə, Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti məlumat yayaraq, bu durumda hava limanına getməli olan sərnişinlərə tövsiyələr edib:

 

- Gecikmələrin qarşısını almaq üçün səfərlərinizi öncədən planlayın.


- Alternativ olaraq Zığ şosesi – Zığ-Hövsan – Hava Limanı marşrutundan istifadə edin.


- İctimai nəqliyyat vasitələrinə üstünlük verin. “Aeroexpress” avtobusları gecə saatlarında 45 dəqiqə intervalla xidmət göstərir.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man