Vilayət Eyvazov onlara təşəkkür etdi

Cəmiyyət 17 Oktyabr 2024 | 18:22
OXUNUB: 4234

Xəbər verdiyimiz kimi, bu gün Daxili İşlər Nazirliyində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə görülən işlərə, COP29-la əlaqədar qarşıda duran vəzifələrə və cari ilin 9 ayının yekunlarına həsr olunan kollegiya iclası keçirilib.

 

Sfera.az-ın məlumatına görə, iclasda daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov cinayətkarlığa qarşı mübarizədə daxili işlər orqanlarına yaxından köməklik edən və yüksək mövqe nümayiş etdirən hər bir şəxsə – jurnalistlərə, ictimai fəallara, qeyri-hökumət təşkilatlarının nümayəndələrinə minnətdarlıq ifadə edib.

 

Bununla yanaşı, mediada, sosial şəbəkələrdə, qəbullarda qaldırılan ədalətli və obyektiv məsələlərin təhlilinin aparıldığını və fəaliyyətdə nəzərə alındığını vurğulayan daxili işlər naziri, bütün müraciətlərə operativ qaydada baxıldığını, qanunauyğun qərarların qəbul edildiyini, təşəbbüskarlara hüquqlarının izah olunduğunu diqqətə çatdırıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man