Hərbi xidmət üçün Milli Müdafiə Universitetinə kimlər müraciət edə bilər? - SİYAHI

Cəmiyyət 16 Oktyabr 2024 | 16:56
OXUNUB: 6175

Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyinin hərbi xidmətkeçmə ilə bağlı yeni konsepsiyasına əsasən, Milli Müdafiə Universitetinin tərkibində yeni İntellektual qabiliyyətli bölmələr yaradılır. Bəzi abituriyent və məzunlar hərbi xidmətini Milli Müdafiə Universitetində çəkə biləcəklər.

 

Bəs bu qərar kimlərə aiddir? 

 

Sfera.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, aşağıdakı şərtləri ödəyən şəxslər Milli Müdafiə Universitetində hərbi xidmət çəkmək üçün müraciət edə bilərlər:

 

Dövlət İmtahan Mərkəzinin ali təhsil müəssisələrinə qəbul imtahanından 600 və üzəri bal toplayanlar;

 

“Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydası”nın şərtlərinə uyğun olan qaliblər;

 

Həmçinin cari təqvim ilindən əvvəlki təqvim ilinin nəticələrinə görə beynəlxalq reytinqi (“Times Higher Education (THE) World University Rankings” və ya “Academic Ranking of World Universities” (Shanghai)) 500-cü yerdən aşağı olmayan sırada yer alan xarici ali təhsil müəssisəsinin bakalavriat və ya magistratura proqramlarının məzunları olan çağırışçılar.

 

Firuzə Əliyeva

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man