Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqını və dünya müsəlmanlarını Ramazan bayramı münasibətilə təbrik edib.
Sfera.az xəbər verir ki, təbrikdə deyilir:
"Azərbaycan xalqını və dünya müsəlmanlarını Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Bu mübarək bayram günlərində edilən bütün duaların, diləklərin və saf niyyətlərin qəbul olunmasını arzulayıram. Uca Tanrı hər kəsə möhkəm cansağlığı və səadət, Vətənimizə sülh və əmin-amanlıq bəxş etsin!".