"TEKNOFEST Azərbaycan" festivalı ziyarətçi qeydiyyatına start verir

Cəmiyyət 01 May 2022 | 19:41
OXUNUB: 935
 "Baku Crystal Hall" və Dənizkənarı bulvar 4 gün boyunca "TEKNOFEST Azərbaycan" Aerokosmik və Texnologiya Festivalını canlı izləmək istəyən ziyarətçilərə zəngin proqram və maraqlı müsabiqələr vəd edir.
 
26-29 mayda Bakıda keçiriləcək regionun ən böyük tədbiri olan "TEKNOFEST Azərbaycan"da ziyarətçi olaraq iştirak etmək istəyən vətəndaşlar üçün qeydiyyat prosesinə başlanılır.İştirak üçün //iticket.az/events/teknofest elektron səhifəsi üzərindən qeydiyyatdan keçərək bilet əldə etmək tələb olunur.
 
Qeyd edək ki,festivala giriş biletinin əldə olunması hər bir Azərbaycan vətəndaşı üçün əlçatan və ödənişsizdir.4 gün boyunca davam edəcək festivala bir şəxsiyyət vəsiqəsi ilə yalnız bir bilet əldə etmək mümkün olacaq.Ziyarətçilər əldə etdiyi biletin üzərində qeyd olunmuş tarixdə festivala giriş imkanı əldə edəcəklər.
 
Bununla yanaşı,festivalın açıq ərazidə təşkil olunan sərgi pavilyonlara baş çəkmək üçün ziyarətçilərdən COVİD-19 sertifikatı tələb olunmur.Qapalı məkanda keçirilən tədbirləri canlı izləmək üçün mütləq qaydada COVİD-19 vaksin və ya immunitet sertifikatı təqdim edilməlidir.
 
Festivalda 5 yaşından yuxarı uşaqların iştirakına icazə verilir.7 yaşdan yuxarı olan uşaqların girişi üçün bilet tələb olunacaq.
 
Festivalı ziyarə etmək istəyən əcnəbi vətəndaşlar da yuxarıda qeyd olunan qeydiyyat prosesi və müvafiq qaydalar üzrə ödənişsiz bilet əldə edə biləcəklər.
 
Tədbir zamanı 28 May metrostansiyasının yaxınlığından tədbirin keçiriləcəyi əraziyə saat 08.00-18.00 aralığında və əks istiqamətdə 09.00-21.00 arası ödənişsiz avtobus xidməti təşkil olunacaq.Avtobuslara daxil olarkən dispetçerlər tərəfindən biletlərin QC yoxlanılaraq sərnişinlərə giriş imkanı yaradılacaq.
 
Həmçinin, Heydər Əliyev adına Beynəlxalq Hava Limanı,"Park lnn" oteli,"İnterContinental" oteli,"Courtyard by Marriot Baku" oteli,Atletlər kəndi,28 May metrostansiyası və Dövlət Bayrağı Meydanı ünvanlarında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Bakı Taksi Xidmətinin dayanacaqları fəaliyyət göstərəcək.
 
Əlavə məlumat əldə etmək üçün:
 
+994 12 493 33 77
İticket.az dəstək xidməti
 
 
teknofest.az
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man