Arvadını öldürən hakimin cəzası azaldıldı

Cəmiyyət 29 Aprel 2022 | 17:07
OXUNUB: 816
Həyat yoldaşını öldürməkdə təqsirləndirilən Sabunçu rayon Məhkəməsinin keçmiş hakimi Fəqan Əhmədovun cəza müddəti azaldılıb.

Sfera.az-ın məlumatına görə, bu barədə Bakı Apellyasiya Məhkəməsində qərar çıxarılıb. Qərara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli hökmü ləğv edilib. F.Əhmədovun həbs müddəti 10 ildən 7 ilə endirilib.

Qeyd edək ki, vəfat edən Pərvanə Əhmədovanın valideynləri kürəkənlərinin ağır ittihamla mühakimə olunmasından narazı idilər. Onlar məhkəməyə müraciət edərək Fəqan Əhmədovu bağışladıqlarını, iki uşağın valideynsiz qaldığı üçün ona bəraət verilməsini xahiş etmişdilər.

Xatırladaq ki, hadisə ötən ilin mayında Nardaran qəsəbəsi, "Ləhiş bağları”nda baş verib. F.Əhmədov birgə yaşadıqları evdə ov tüfəngindən atəş açaraq arvadı Pərvanə Əhmədovanı öldürüb. O, məhkəmədə hadisəni bilərəkdən yox, ehtiyatsızlıqdan törətdiyini bildirib.
 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man