Gürcüstanda "Borjomi” mineral sularının istehsalı bu gündən müvəqqəti dayandırılıb.
Bu barədə "IDS Borjomi” şirkəti məlumat yayıb.
"Ukraynada hərbi əməliyyatlar başlayandan şirkət çətin vəziyyətlə üzləşib. Şirkətin məhsullarının əsas istehlak bazarlarında mürəkkəb vəziyyət bank hesablarına çıxışın məhdudlaşdırılması ilə ağırlaşıb, bu da şirkətin valyuta gəlirləri əldə etmək və kreditorlarla hesablaşma imkanlarını bağlayıb” – deyə məlumatda qeyd edilib.
Bildirilib ki, şirkət vəziyyəti əhəmiyyətli dərəcədə düzəltmək ümidi ilə bu günə qədər fəaliyyətini davam etdirir, lakin təəssüf ki, indiyə qədər bu mümkün olmayıb.
Şirkət hər iki qablaşdırma zavodunda istehsal prosesini müvəqqəti dayandırmağa məcbur olub.