Azərbaycan xarici sayğaclardan imtina etdi- Metrix.az gəlir

Cəmiyyət 29 Aprel 2022 | 11:53
OXUNUB: 1247
Azərbaycanda saytların reytinqini ölçmək məqsədilə milli sayğac yaradılıb.

Sfera.az xəbər verir ki, "Metrix.az”- ilk reytinq və statistika portalının təqdimat mərasimi bu gün Hilton otelində baş tutacaq.

Belə ki, daha əvvəl saytların reytinqi, daxilolma statistikası kimi göstəriciləri xarici ölkələrə bağlı olan "mediametrics.ru”, "Liveinternet" və s. vasitəsilə ölçülürdü.

Məlumata görə, Metrix.az portalı 64 veb-sayt və 30 telegram kanalı üzrə 10 dəqiqəlik, saatlıq, günlük, həftəlik və aylıq olmaqla media məkanın təhlilini, oxunan vebsaytların və xəbərlərin reytinq və statistikasını müəyyənləşdirir.  Metrix.az-a qoşulan teleqram kanallarının aktivlik və izləyici saylarını, veb-saytların bütün dünya, Azərbaycan, Bakı, Gəncə, Sumqayıt, Abşeron. Abşeron rayonu, Naxçıvan, Sabirabad və Xırdalan bölgələri üzrə oxunma statistikalarını müəyyən edir. 

Milli sayğacın fəaliyyətə başlamasından sonra isə Azərbaycan saytları üçün xarici sayğacların tarixə çevriləcəyi gözlənilirmi?

Qeyd edək ki, milli sayğacın təqdimatı Azərbaycan Respbulikası Medianın İnkişafı Agentliyi tərəfindən təşkil olunacaq. 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man