Azərbaycanda qalmaqallı direktorun yerinə yeni TƏYİNAT

Cəmiyyət 28 Aprel 2022 | 12:42
OXUNUB: 1351
Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna yeni rəhbər təyin olunub.

Sfera.az xəbər verir ki, bu barədə TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, İnstitutun direktoru vəzifəsi İradə Axundovaya həvalə olunub. Vüqar Qurbanov bu gündən etibarən vəzifəsinin icrasına başlayan yeni direktoru kollektivə təqdim edib.

Qeyd edək ki, İradə Axundova Dövlət Tibb Universitetinin ftiziatr ixtisası üzrə təhsil alıb.

İxtisasca pulmonoloq olan İ.Axundova F.Əfəndiyev adına 4 nömrəli Mərkəzi Kliniki Xəstəxanasında tibb bacısı, 4 nömrəli Vərəm Əleyhinə Dispanserdə həkim-intern (ftiziatr), Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda həkim-fizioterapevt, şöbə müdiri və İnstitutun direktor müavini kimi çalışıb.

Təyinata qədər Milli İdman Tibb və Reabilitasiya İnstitutunun Elmi katibi kimi fəaliyyət göstərib.

Xatırladaq ki, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun işdən azad edilən direktoru Həqiqət Qədirovanın adı institutda çoxsaylı qalmaqalda hallanıb.
 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man