Rusiyada yaşayan azərbaycanlılara şad xəbər - VİDEO

Cəmiyyət 27 Aprel 2022 | 21:23
OXUNUB: 1626
Rusiyada kifayət qədər əmək fəaliyyəti ilə məşğul olan azərbaycanlılar var. 1992-ci il yanvarın 1-ə qədər hər iki ölkədə çalışmış şəxslərin qazandıqları stajlar qarşılıqlı olaraq nəzərə alınırdı. Həmin tarixdən sonra tərəflər arasında bu sahədə saziş olmadığına görə bunu həyata keçirmək mümkün olmayıb.  Pensiya təminatı sahəsində əməkdaşlıq haqqında imzalanmış yeni müqavilə ilə hər iki ölkədə pensiya kapitalı olan vətəndaşlar bundan yararalana biləcəklər. 
 
 
Rusiyada çalışan azərbaycanlıların pensiya hüququ tanınacaq. Bununla bağlı tərəflər arasında imzalanmış saziş pensiya təminatı sahəsində əlaqələri tənzimləyəcək. Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin şöbə müdiri Elnur Abbasov deyir ki, müvafiq sənəd azərbaycan və rusiya vətəndaşlarının bu dövlətlərin ərazisində qazanmış olduqları pensiya və sosial sığorta üzrə digər hüquqlarının qorunması mexanizmlərini müəyyən edəcək. 
 
 
Şöbə müdirinin sözlərinə görə sazişin qüvvəyə minməsindən asılı olamayaraq bu günə kimi hər iki ölkədə pensiya kapitalı olan vətəndaşlar bundan yararalana biləcəklər. Sazişin 2-3 ay ərzində tətbiqinə start veriləcək.
 
 
Elnur Abbasov bildirib ki, əgər vətəndaşın hər iki ölkədə pensiya kapitalı varsa, alacağı məbləğ fərqli hesablanacaq.
 
 
Qeyd edək ki, nazirlik tərəfindən bundan əvvəl 10-dan çox ölkə ilə bənzər müqavilə imzalanıb.  

 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man