Azərbaycanda bu kanalın da yayımı dayandırılacaq - Qərar verildi

Cəmiyyət 27 Aprel 2022 | 18:48
OXUNUB: 1860
Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilib.
 
Bu barədə Sfera.az-a Şuradan bildirilib.
 
İclasda 15–25 aprel 2022-ci il tarixləri arasında ümumölkə yerüstü televiziya yayımçılarının proqramlarının monitorinqinin nəticələri müzakirə olunub.
 
"Space” televiziya yayımçısının efirində 23 aprel 2022-ci il tarixdə saat 17.47-18.23 arası "Balaca qurmanlar” adlı uşaqlar üçün proqramın yayımı zamanı yerləşdirilən reklam blokunda energetik içkiyə aid çarx nümayiş etdirildiyinə görə "Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun 12.1.8-ci maddəsinin tələblərinin pozulması faktı qeydə alınıb.
 
Bu səbəbdən, "Media haqqında" Azərbaycan Respublikası Qanununun 41.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Audiovizual Şurası "Space” televiziya yayımçısının proqramlarının yayımının 05 may 2022-ci il tarixdə saat 08.00-dan 11.00-dək 3 (üç) saatlıq dayandırılması haqqında qərar qəbul edib.
 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man