Rusiyada Rövşən Əsgərova cinayət işi açıldı

Cəmiyyət 27 Aprel 2022 | 16:04
OXUNUB: 2207
Rusiyada "Kim? Harada? Nə vaxt?” intellektual oyunun tanınmış iştirakçısı, azərbaycanlı Rövşən Əsgərovun barəsində nasizmin bərpa olunması ittihamı ilə cinayət işi başlanıb.

Sfera.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
 
Bildirilib ki, Rövşən Əsgərova qarşı sosial şəbəkələrdəki paylaşımlarına görə nasizmin reabilitasiyası ilə bağlı cinayət işi açılıb.

"Rusiya Federasiyası İstintaq Komitəsinin Baş İstintaq İdarəsi Rövşən Əsgərova qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 354.1-ci maddəsinin 4-cü hissəsi (Nasizmin reabilitasiyası) ilə başlanmış cinayət işini araşdırır”, - məlumatda qeyd olunub.

Rusiya Federasiyasının İstintaq Komitəsi müəyyən edib ki, Əsgərov aprelin 6-dan gec olmayaraq "Facebook” sosial şəbəkəsində Sovet İttifaqının marşalı Georgi Jukovun xatirəsini təhqir edən və onu gözdən salan yalan məlumatlar dərc edib. (APA)
 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man