Hikmət Həsənovun yeni vəzifədə İLK FOTOSU YAYILDI

Cəmiyyət 27 Aprel 2022 | 15:55
OXUNUB: 11383
Vətən Müharibəsində göstərdiyi xidmətlərə görə "Qarabağ” ordeni və Suqovuşan, Xocəvənd, Füzulinin azad edilməsinə görə medalları ilə mükafatlandırılan general-mayor Hikmət Həsənovun yeni vəzifədə ilk görüntüsü yayılıb.

Sfera.az-ın məlumatına görə, o, Silahlı Qüvvələrin Hərbi Akademiyasında Gürcüstan nümayəndə heyəti ilə görüşdə iştirak edib və onun akamediyanın rəis müavini vəzifəsinə təyin edilməsi dəqiqləşib.

Qeyd edək ki, generalın adı mediada və sosial şəbəkələrdə tez-tez "Tərtər işi” ilə bağlı hallanıb. Bundan başqa  8 Noyabr Zəfər Günü ilə bağlı Şuşada keçirilən rəsmi tədbirdə generallar arasında Hikmət Həsənovun olmaması diqqət çəkmişdi. Onun Birinci Ordu korpusu komandiri vəzifəsindən çıxarıldığı haqda məlumatlar yayılsa da, Müdafiə Nazirliyi nə təsdiq, nə də təkzib etmişdi. (Qafqazinfo)
 

 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man