Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Rəyasət Heyətinin iclası keçiriləcək.
Sfera.az xəbər verir ki, iclasda AMEA-nın yeni prezidentinin seçiləcəyi gözlənilir.
Xatırladaq ki, Ramiz Mehdiyev fevralın 14-də AMEA-nın prezidenti vəzifəsindən istefa verib. Onun istefa ərizəsi qəbul edildikdən sonra AMEA-nın Nizamnaməsinin 9.6-cı maddəsinə uyğun olaraq, Akademiya prezidentinin səlahiyyətlərinin icrası birinci vitse-prezident, akademik Arif Həşimova həvalə olunub.