İsmayıllıda qanunsuz tikintilərlə mübarizə - Komissiya yaradıldı / FOTO

Cəmiyyət 26 Aprel 2022 | 20:47
OXUNUB: 1248
İsmayıllı rayonu ərazisində aparılan qanunsuz tikintilərin qarşısının alınması ilə bağlı komissiya yaradılıb.

Sfera.az xəbər verir ki, son zamanlar rayon ərazisində çoxsaylı qanunsuz tikintilərin müəyyən olunması və vətəndaşlar tərəfindən belə tikintilərin sənədləşdirilməsi ilə bağlı müraciətlərin edilməsi halları artıb. Bu kimi hallara yol verilməməsi məqsədilə hüquq-mühafizə orqanlarının, idarə, müəssisə rəhbərlərinin iştirakı ilə görüş keçirilib.
 
Qanunsuz tikililər ciddi qanun pozuntusu olmaqla bərabər, gələcəkdə vətəndaşların özləri üçün də böyük problemlər yaratmaqla mülki mübahisə predmetlərinə çevrilir. Həmin tikililərin sökülməsi və ya dövlət vəsaiti hesabına konpensasiya edilməsinin çətinliklər yaratdığını nəzərə alaraq aidiyyəti təşkilatlar bu işdə məsuliyyətli olmalıdırlar. Xüsusi ilə də rayon ərazisindən keçən avtomobil yollarının kənarında, rayon daxili əsas turizm marşrutlarının ətrafında primitiv görkəmli, standartlara uyğun olmayan, İsmayıllı şəhərinin və digər yaşayış məntəqələrinin memarlıq görkəminə xələl gətirən tikililərin qarşısının alınması üçün komissiyanın qarşısında ciddi tələblər qoyulmuşdur.

Hər hansı tikinti işləri Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri ilə müəyyən olunmuş müvafiq rəsmiləşdirmə işləri aparıldıqdan sonra həyata keçirməlidir. Qanunsuz tikintilərin həyata keçirilməsi halları baş verdikdə həm vətəndaşlar, həm də bu işlərə himayədarlıq edən vəzifəli şəxslərlə bağlı qanunamüvafiq qaydada ciddi tədbirlər görüləcək.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man