Fitch ABB-nin reytinqlərini yenidən B səviyyəsində təsdiqlədi

Cəmiyyət 26 Aprel 2022 | 10:09
OXUNUB: 1224
Fitch Beynəlxalq Reytinq Agentliyi ABB-nin reytinqlərinə yenidən baxıb. Agentlik Bankın uzunmüddətli və qısamüddətli emitentin defolt reytinqlərini B səviyyəsində saxlayıb və reytinq proqnozunu Stabil olaraq təsdiqləyib. ABB-nin Dövlət Dəstəyi reytinqi isə NS səviyyəsində təsdiqlənib.

Sfera.az xəbər verir ki, agentliyin verdiyi şərhdə ABB-nin dayanıqlı maliyyə göstəricilərinə, o cümlədən möhkəm kapital buferlərinə malik olması xüsusi vurğulanır. Aşağı riskli kreditlərin portfeldəki ümumi payının, aktivlərin keyfiyyətinin, son üç ildəki layiqli gəlirliliyin Bankın adekvat likvidlik mövqeyini əks etdirdiyi göstərilir. Bildirilir ki, ABB-nin böyük kapital buferi valyuta risklərini azaldır. Bankın kapital adekvatlığı göstəriciləri requlyativ tələbləri əhəmiyyətli şəkildə üstələyir.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, //abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.


 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man