Bakıda motosiklet sürücüsünü döyən şəxsin kimliyi bilindi: "Çox əsəbiydim"

Cəmiyyət 26 Aprel 2022 | 01:15
OXUNUB: 5902
Xəbər verdiyimiz kimi, Bakıda "Lexus” markalı, 10 VX 707 dövlət nişanlı avtomobilin sürücüsünün motosiklet sürücüsünü vurmasını və təhqir etməsini əks etdirən görüntülər yayılıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin inspektoru, polis mayoru Anar Qafarov açıqlamasında bildirib ki, yayılan görüntülərdən məlumatlıdırlar.

Onun sözlərinə görə, artıq yayılan görüntülərlə bağlı araşdırmalara başlanıb:

"Hadisə araşdırıldıqdan sonra nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

Sfera.az xəbər verir ki,  şəbəkələrdə "Lexus”un sürücüsünün Dadaşov Sultan Tofiq oğlu olduğu bildirilir.

Gununsesi.info saytı həmin şəxslə əlaqə saxlayıb.

O hadisə haqda deyib: "Heç özüm  də bilmədim ki, bu olay necə baş verdi. Çox əsəbiydim, təzyiqim qalxmışdı. Nəvəmi məktəbdən gətirirdim. Kaş ki, olmayaydı”.

O, bildirib ki, həmin an özündə olmayıb və işdən azad olunacağını da gözləyir: "Mən təəssüf edirəm. Nə qərar versələr, hazıram”.

Qeyd edək ki, Sultan Dadaşovun Prezident Administrasiyasında işlədiyi deyilir.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man