Bu rayon və kəndlərdə 4 gün qaz olmayacaq

Cəmiyyət 25 Aprel 2022 | 18:28
OXUNUB: 1220
Sabahdan bəzi rayonların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə Sfera.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Azəriqaz İstehsalat Birliyindən məlumat verilib.

Bildirilir ki, aprelin 26-29-da dörd gün müddətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi əsasında, Bakı-Quba-Rusiya Federasiyası ilə Dövlət sərhədi yeni avtomobil yolunda "Qaz İxrac” İdarəsinə məxsus "Mozdok-Qazıməmməd” magistral qaz kəmərində tikinti quraşdırma işlərinin yerinə yetirilməsi və yenidən qurulan boru kəməri hissəsinin mövcud magistral qaz kəmərinə birləşdirilməsi məqsədilə qazın nəqli dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Quba rayonunun tam olaraq, Xaçmaz rayonu üzrə Xaçmaz şəhəri daxil olmaqla, 65 kəndin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. İşin gedişatından asılı olaraq, həmçinin aprelin 29-da Qusar rayonunun tam olaraq, Xaçmaz rayonu üzrə isə qalan 2 qəsəbə və 45 kəndin qaz təchizatının məhdudlaşdırılması ehtimalı mövcuddur.

"Azəriqaz” müvəqqəti narahatlığa görə üzr istəyir.
 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man