Maqsud Mahmudovun 14 il həbsi tələb olundu

Cəmiyyət 25 Aprel 2022 | 17:25
OXUNUB: 904
Ötən il beynəlxalq axtarışa verilən və Ukraynada saxlanılaraq Azərbaycana təhvil verilən sabiq iş adamı, bloqer Maqsud Mahmudovun məhkəməsi yekunlaşmaq üzrədir.

Sfera.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda dövlət ittihamçısı çıxış edib. O, Maqsud Mahmudovun dələduzluq əməllərinə görə 14 il müddətə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, istintaq zamanı məlum olub ki, iş adamı aldatdığı şəxslərə ümumilikdə 1,6 milyon manata yaxın ziyan vurub. O, əsasən vətəndaşların qızıl-zinət əşyalarını lombarda götürməklə aldadıb. Belə ki, lombarda götürdüyü qızılların qarşılığında az miqdarda pul verib. Əvəzində həmin qızılları banklara girov qoyaraq böyük həcmdə pul götürüb. İttihama görə, Mahmudovun vurduğu ziyanın 1,4 milyon manatı hazırda ödənilməmiş vəziyyətdə qalır.

Onun 90 nəfəri aldadaraq zərər verdiyi bildirilir. Zərərçəkənlər arasında tanınmış müğənnilər Afət Fərmanqızı və Vasif Məhərrəmli də var.
 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man