“Bu uşaqlar gələcəkdə bacı-qardaş olaraq evlənəcək...” - Gülər Əhmədova etiraz etdi

Cəmiyyət 24 Aprel 2022 | 22:44
OXUNUB: 1902
"Oxudum ki, Azərbaycanda sperma bankı yaradılır və qadınlar evlənmədən ana olmağa qərar verəcək. Bu qərarı verən adamlar humanizm və qadınlara seçim hüququ tanımaq adı altında günah və cinayət (bacı-qardaşın evlənməsi cinayət isə) işləyirlər”.

Sfera.az-ın məlumatına görə, bu barədə keçmiş deputat Gülər Əhmədova sosial şəbəkədə paylaşım edib.

Onun fikrincə, bu uşaqlar vələduzna olacaqlar:

"Kəbindən kənar doğulan uşaqlar... Vələduznadan bu cəmiyyət nə gözləyir, onu da bilmirəm. İkincisi, atası, anası bəlli xeyli yetim var. Savab iş görüb, onlara analıq etsinlər. Üçüncüsü, ən qorxulusu, bu uşaqlar gələcəkdə bacı-qardaş olaraq evlənəcək, düşünün necə xəstə millətə çevriləcəyik. Dördüncüsü, bu işdə böyük pullar qazanmaq istəyənlər, o pullar irin-qan olub həm özünüzün, həm də övladlarınızın burnundan gələcək. Beşincisi, əminəm ki, nə Prezident, nə də Vitse-prezident bilmir. Amma təcili bilmələri lazımdır...”, - deyə G.Əhmədova bildirib.Redaktor.az-
 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man