Qubadlıda minaya düşən şəxsin ayağı amputasiya olundu

Cəmiyyət 23 Aprel 2022 | 17:29
OXUNUB: 1209
Aprelin 22-də Qubadlı rayonunun Teymur Müskanlı kəndində minaya düşən şəxsin ayağı amputasiya olunub.

Sfera.az-ın məlumatına görə, ağır xəsarətlər alan Tovuz rayon sakini, 1993-cü il təvəllüdlü Nəsibov Bəybala Cəbrayıl oğlu Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə köçürülüb.

Həkimlərin dediyinə görə, onun sol ayağı amputasiya olunub, huşu özündədir və hazırda vəziyyəti orta-ağır olaraq qalır.

Qeyd edək ki, B.Nəsibov Qubadlıda avtomobil yolunun tikintisində çalışırmış. O, işdən çıxıb qayıdan zaman yolda piyada əleyhinə minaya düşüb.
Faktla bağlı Qubadlı Rayon Prokurorluğunda araşdırma aparılır. (Report)
 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man