Müstəntiqin qətlə yetirdiyi qadın da polis imiş

Cəmiyyət 23 Aprel 2022 | 11:58
OXUNUB: 1481
Nərimanov rayonunda polisin nişanlısını öldürüb, daha sonra intihar etməsi ilə bağlı yeni xəbər var.

Sfera.az xəbər verir ki, qətlə yetirilən Günay Cabbarova Daxili İşlər Nazirliyi Tibb İdarəsində çalışıb. Serjant rütbəsini daşıyan Günay uroloq imiş.

Qeyd edək ki, ötən gün 1989-cu il təvəllüdlü polis mayoru, Xəzər Rayon Polis İdarəsinin müstəntiqi Tural Akif oğlu Aslanov Nərimanov rayonu ərazisindəki evlərin birində qısqanclıq zəminində nişanlısı Günay Cabbarovanı qətlə yetirib. O daha sonra intihar edib.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) və 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri davam etdirilir. (Oxu.az)




 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man