Yataq dəstinin içərisində poçtla ölkəyə dərman keçirmək istədilər - VİDEO

Cəmiyyət 21 Aprel 2022 | 16:20
OXUNUB: 1084
Poçt göndərişləri vasitəsilə dərman preparatlarının qeyri-qanuni şəkildə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Sfera.az-a verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin "Poçt göndərişləri” gömrük postunda Türkiyənin Bursa şəhərindən Saatlı rayonu Orta Muğan kəndində qeydiyyatda olan Azərbaycan vətəndaşının ünvanına göndərilən yükə gömrük baxışı keçirilib.

Rentgen qurğusunda aparılan yoxlama zamanı müşayiət sənədlərində yataq dəsti kimi göstərilən yükün içərisində ampulaların təsviri müşahidə olunub.

Aparılan fiziki yoxlama zamanı isə yataq dəstinin içərisindən gömrük orqanından gizlədilən 74 ədəd ampula şəklində dərman preparatları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

 
 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man