DİN-dən qadın polislərlə bağlı daha bir - AÇIQLAMA

Cəmiyyət 20 Aprel 2022 | 17:00
OXUNUB: 1248
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov qadınların daxili işlər orqanlarına xidmətə qəbul edilməməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Sfera.az xəbər verir ki, E.Zahidov bildirib ki, iddialar tamamilə əsassızdır və şayiə xarakterlidir: 

"Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq  Daxili İşlər Nazirliyi tərəfindən gender siyasəti daim diqqət mərkəzində saxlanılır və bu sahədə məqsədyönlü və sistemli tədbirlər həyata keçirilir. Qanuna uyğun olaraq Nazirlikdə gender məsələləri üzrə vəzifə də təsis olunub və həmin vəzifəni polis polkovnik-leytenantı rütbəsi daşıyan qadın əməkdaş icra edir.


Hazırda daxili işlər orqanları şəxsi heyətinin 11 faizini qadın əməkdaşlar təşkil edir ki, bu da bir çox dövlətlərin anoloji göstəricilərindən yüksəkdir. Qadın həmkarlarımız polis serjantından polis polkovnikinə qədər xüsusi rütbə daşıyırlar. Bu gün Azərbaycan Polisi sıralarında polis nəfərindən tutumuş idarə rəisi kimi xidmət edən qadın əməkdaşlar var. Bundan başqa DİO-da xidmət edən qadınlar öz kişi həmkarları ilə çiyin-çiyinə ölkəmizdə sabitliyin və ictimai asayişin qorunması sahəsində üzərilərinə düşən vəzifələri böyük əzmlə yerinə yetirirlər.

Bununla yanaşı daxili işlər orqanlarının sıralarında idmanın cüdo, karate-do, stend və güllə atıcılığı və digər növləri üzrə dünya çempionatlarının və kuboklarının, beynəlxalq turnirlərin və Azərbaycan birinciliyinin qalibləri var. 

Bu gün qadın polis əməkdaşları respublikanın "ASAN xidmət” mərkəzlərində və daxili işlər orqanlarının istintaq, təhqiqat, pasport-qeydiyyat, statistika, "102 Zəng-Mərkəzi”, post-patrul, tibb və digər sahələrində vətəndaşlarımızın xidmətindədirlər.

Məlumat üçün onu da qeyd edim ki, hazırda qadın vətəndaşlarımız daxili işlər orqanlarında xidmətə yalnız Polis Akademiyasında təhsil alaraq deyil, orta təhsili tam başa vurduqdan, həmçinin digər mülki ali təhsil ocaqlarını bitirdikdən sonra DİN tərəfindən əvvəlcədən elan olunan müsabiqələri müvəffəqiyyətlə keçdikləri təqdirdə qəbul olunurlar”.
 
 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man