May ayında 13 gün qeyri-iş günü olacaq

Cəmiyyət 19 Aprel 2022 | 18:30
OXUNUB: 1632
2022-ci ilin istehsalat təqviminə əsasən, may ayının 2-3-ü Ramazan bayramı, 9-u Faşizm üzərində Qələbə Günü, 28-i Müstəqillik günü olduğu üçün qeyri-iş günləri olacaq.

Sfera.az xəbər verir ki, Ramazan bayramı və Qələbə günü iş günlərinə düşdüyü üçün hər hansı dəyişiklik olmayacaq. Həmin günlər qeyri-iş günü olaraq qalır. 

Lakin mayın 28-i şənbə gününə təsadüf etdiyi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə əsasən həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir. Yəni mayın 28-i şənbə gününə təsadüf etdiyindən 5 günlük iş həftəsində işləyən şəxslər üçün mayın 30-u da qeyri-iş günü olacaq. 

Beləliklə, şənbə-bazar da daxil olmaqla may ayında 5 günlük iş həftəsində işləyənlər üçün 13 gün, 6 günlük iş həftəsində işləyənlər üçün isə 10 gün qeyri-iş günü olacaq. 
 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man