Pensiyalarla bağlı mühüm yenilik: Özünüz seçəcəksiniz - VİDEO

Cəmiyyət 18 Aprel 2022 | 09:45
OXUNUB: 1779
Pensiyalarla bağlı qanuna da dəyişiklik edilir.  Belə ki , əmək pensiyaları haqqında qanunun  bir sıra maddələrinə dəyişikliklər təklif olunur. Millət vəkili Vüqar Byaramov bildirib ki,  əmək pensiyaları haqqında qanuna  edilən dəyişikliklər, əmək pensiyalarına əlçatanlığın gücləndirilməsi, pensiya kapitalının daha da ədalətli bölüşdürülməsi baxımından  vacib hesab olunur.

Yaşa, yaxud əlilliyə görə pensiya alan şəxs ailə başçısını itirdikdə və ailə başçısını itirməyə görə də pensiya hüququ yarandıqda öz pensiyasını seçirsə, ona hesablanan pensiya məbləği digər ailə üzvləri arasında bölüşdürüləcək.

Bu, "Əmək pensiyaları haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü , millət vəkili Vüqar Bayramov bildirib ki, Əmək pensiyaları haqqında qanuna  edilən dəyişikliklər , əmək pensiyalarına əlçatanlığın gücləndirilməsi, pensiya kapitalının daha ədalətli bölüşdürülməsi baxımından , vacib hesab olunur.
 

Eyni zamanda yeni dəyişikliklərə əsasən, yalnız analar deyil eyni zamanda ataların da daha tez pensiyaya çıxmaq  imkanları olacaq.
Millət vəkili bildirib ki, işləyən pensiyaçı vətəndaşlar üçün də dəyişikliklər və yeniliklər var.

"Əmək pensiyaları haqqında "qanuna  edilən dəyişikliklərə  artıq növbəti həftə Milli Məclisdə baxılacaq, komitə iclasında müzakirə ediləcək deyə Vüqar Bayramov əlavə edib.
 

 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man