Şəmkirdə marketdən külli miqdarda pul mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Sfera.az-a bildirilib ki, rayon sakini Ramin Əliyevin özünə məxsus "Zirvə” marketdə 539 min 222 manat məbləğində pulun mənimsənilməsi barədə prokurorluğa müraciət edib. Müraciət əsasında araşdırma aparılıb.
Material Baş Prokurorluq tərəfindən öyrənilməklə faktla bağlı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaqın aparılması Şəmkir rayon prokurorluğuna tapşırılıb.
Qeyd edək ki, sözügedən marketdəki mənimsəmə faktı ilə əlaqədar sahibkarın şikayəti "Qafqazinfo" tərəfindən bir neçə dəfə işıqlandırılmışdı.